İsveçrə dünyanın ən dəqiq ölkəsidir. Alp dağları üzərində yerləşən bu ölkədə, hər kəs zaman və təmizliyə…
Bu vəziyyətə öyrəncəli olmayan insanlar, qarışıq hisslər yaşaya bilər, təəccüb və rahatlıqla yanaşı, bir az da narahatlıq hiss edərlər.
Dəqiqlik isveçrəlilərin həyatının bir parçası və xoşbəxtlik qaynağıdır. Xüsusilə də, İtaliya və Fransa kimi zamanla oynayan ölkələrdən sonra, İsveçrəyə gedənlər, buradakı dəqiqliyə qarşı fərqli hisslər keçirir.
Əvvəl bu vəziyyət xoşunuza gələr. Kiminlə hansı saatda görüşəcəksinizsə, o saatda da gələr, nə 5 dəqiqə əvvəl, nə də 5 dəqiqə sonra. Daha sonra, əsəbinizə toxunmağa başlayar. İngilis yazıçı Evelyn Waugh "dəqiqlik, bezginlikdən qaynaqlanır" deyir.
Halbuki, İsveçrədə dəqiqlik, başqalarına qarşı hörmət və düşüncəli davranışın ifadəsidir.
Dağların təsiri
Dünyadakı ən yaxşı saatların isveçrəlilər tərəfindən hazırlanması, təsadüfi deyil. Bu ölkədə qatarlar da, başqa hər şey də yağ kimi işləyir.
Bir də tərtəmiz olan, tualetləri var. Başqa ölkələrdə bulaq suyu içmək intihar anlamı verdiyi halda, burada hər kəs onu fəxrlə içir. Çünki, krandan qaynar su axır.
Bu dəqiqlik və təmizliyin səbəbini necə izah etmək olar? Cavaba vaqif olan biri yoxdur. Amma, dağların təsirinin olması düşünülür. Belə bir coğrafiyada ya torpağı vaxtında əkib-biçər, ya da ilboyu ac qalarsınız.
Bu gün dünyanın bir çox bölgəsində dəqiqlik, çox təəssüf ki, önəmini itirməkdədir. Bunda qismən belə olsa, mobil telefonların da rolu var. Bir az gecikdikdə, telefonla zəng edə bilmək arxayınlığı ilə hərəkət edirik. Fəqət, İsveçrədə bu yöndə, heç bir pisləşmə hiss olunmur.
Dəqiqliyin qeyri-üstünlükləri
11 ildir Cenevrədə yaşayan amerikalı yazıçı Susan Jane Gilman, indiyədək heç bir taksinin gecikmədiyi və soyuducu çatdırılması üçün verilən zaman aralığına uyğun hərəkət edildiyi kimi misallar çəkir. Bundan qabaq hər şey üçün gecikdiyini söyləyən Gilman, dəqiqliyə öyrəşdiyini və bu şəkildə "hər kəsin zamanına hörmət edildiyini" bildirir.
Lakin, bunun üstün olmayan yanları da var: Doğulduğu şəhərə, New Yorka hər getdiyində oradakı qeyri-dəqiqliyin artıq onu narahat etdiyini söyləyir Gilman.
Başqa bir tərəfdən, İsveçrədə hər kəs dəqiq olduğuna görə, günortadan sonra saat 4-də kafelər dolu olur. Çünki, hər kəs eynən bu vaxt, qəhvə fasiləsinə çıxır. Eyni zamanda, binanızdakı camaşırxanadan istifadə etmək üçün, sizə verilən gün və saatı gözləməniz gərəkdir.
Dəqiqlik, qarşındakı insandan da eyni davranış gözləmək təsiri yaratdığı üçün, həyata keçmədiyi təqdirdə, xariqüladə pərtlik və əsəbə səbəb olur.
Qatarların 89%-nin elan edilən çatma zamanının 3 dəqiqədən artığı keçməməsi üçün qoyulan hədəfin 87.5%-də qalması xəbəri, isveçrəlilər arasında narahatlıq yaratmışdı.
Bəlkə də, bunu anlayışla qarşılamaq gərəkdir. Nə də olsa, İsveçrə, dəqiqlik mövzusunda başqaları ilə sanki yarışa girib. Yaponiyadakı Shinkansen adlı sürətli qatarlar bir ildə sizcə, nə qədər gecikib? Tam 36 saniyə!
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət