Slimfit
  1. DÜNYA

Dünyanın ən böyük 7 problemi

Dünyanın ən böyük 7 problemi
Sakura

Dünyanın ən böyük 7 problemi

1. Sosial media aludəçiliyi

Sosial media vasitələrindən istifadə edənlərin 50% - i bunun münasibətlərinə mənfi təsiri olduğunu söyləyir.

Dünya üzrə insanların sosial şəbəkələrdə vaxt keçirmə müddəti gün ərzində 135 dəqiqə ikən, bu müddət yemək və içmək kimi təməl ehtiyaclar üçün sadəcə 75 dəqiqə təşkil edir. Sevdiklərimizlə gün ərzində 39 dəqiqə vaxt keçirdiyimizi nəzərə alsaq, internetdə keçirdiyimiz vaxtı daha üstün tutduğumuz görünür.

2. Miqrasiya

Birinci nəsil emiqrantlar ölkə vətəndaşlarının orta hesabla törətdiyi cinayət faizindən daha aşağı göstəriciyə sahibdirlər və vətəndaşlardan çox daha az pul qazanırlar. İkinci nəsil emiqrantlar, yəni ilk miqrasiya edənlərin uşaqları isə ölkə vətəndaşları ilə eyni nisbətdə cinayət törədir və demək olar ki, eyni maaşı alırlar.

İkinci nəsil emiqrantlar valideynlərinə və ölkə vətəndaşlarına görə daha yaxşı təhsil alırlar.

3. Süni İntellekt

2030 – cu ilə qədər işlərin demək olar ki, yarısının robotlar tərəfindən icra edilməsi gözlənilir.

Tamamilə maşınlar tərəfindən ələ keçirilməsi proqnozlaşdırılan peşələr içərisində isə tele-marketinq və pərakəndə satış üstünlük təşkil edir.

Makinaların ələ keçirmə ehtimalının ən aşağı olduğu peşələr isə əsasən xoreoqraflıq, ibtidai sinif müəllimi, diş həkimliyidir.

4. Yaşlıların çoxluq təşkil etməsi

2045 – ci ilə qədər ABŞ – da uşaq sayından daha çox 75 yaş və daha yuxarı insan olması proqnozlaşdırılır.

Dünyada orta hesabla qadınlar kişilərdən 3 il daha çox yaşayırlar. Ancaq Bəhreyn, Butan və Küveytdə qadın hüquqlarının azlığı ilə bağlı olaraq kişilər daha uzun ömürlü olurlar.

5. Gəlir bərabərsizliyi

ABŞ – da bir kişi 14 noyabr tarixində işləməyi dayandırdığı zaman ilin sonuna qədər işləyən bir qadın ilə eyni maaşı almış olur.

Ağ dərili bir kişi 64 yaşında təqaüdə çıxdığı zaman bu vaxta qədər topladığı ümumi sərvəti qazana bilmək üçün Hispanik (İspan və Portuqal dilli xalqların ümumi adı) kişilərin 83, qara dərili kişilərin 85, asiyalı və ağ dərili qadınların 93, qara dərili qadınların 105, hispanik qadınların isə 118 yaşına qədər işləməsi tələb olunur.

6. Qlobal istiləşmə

Bir çizburgerin hazırlanması üçün 6.1 kiloqramlıq karbon dioksid emissiyası ayrılır.

ABŞ – da ölmüş insanların cəsədlərinin yandırılması ilə hər il 250 000 ton karbon dioksid havaya buraxılır. Bu miqdar 41 min avtomobilin verdiyi zərər ilə eynidir.

Qlobal istiləşməyə ən çox səbəb olan ölkələr Çin, ABŞ, Hindistan və Rusiya olsa da, adam başına düşən çirkləndirmə səviyyəsi nəzərə alındığı zaman nəticə dəyişə bilər. Bu göstərici ən yüksək Qətər, Küveyt və Bəhreyn kimi enerji ixracatı ilə məşğul olan kiçik ölkələr və Trinidad və Tabaqo kimi kiçik turist adalarına aiddir. Ətraf mühitə ən çox zərər verən ölkə isə Tuvalu adında 26 kvadratmetrlik bir Okeaniya ölkəsidir.

7. Orta təbəqənin yox olması

Dünyanın ən varlı 8 nəfərinin sərvəti insanlığın ən kasıb təbəqəsinin 50% - nin sahib olduğu sərvətin cəminə bərabərdir.

Sərvət fərqliliyinin ən başlıca səbəbi isə işçilər və yüksək vəzifəlilər arasındakı maaş fərqidir. Wal-Mart CEO – su işçilərindən 1188 dəfə, GAP CEO – su 2900 dəfə, McDonalds CEO – su 3101 dəfə daha çox maaş alır. Fərqin bu qədər böyük olmadığı şirkətlər də var. FitBit CEO – su işçilərinin qazandığı hər 1 dollara qarşı 23 dollar qazanır, Tesla CEO – su İlon Mask isə minimum əməkhaqqı alır.

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR