Slimfit
  1. MARAQLI

Dünyanın ən bahalı və ən böyük burgerləri

Dünyanın ən bahalı və ən böyük burgerləri
Sakura

McDonalds-ın dünya üzrə işçilərinin sayı 1,8 milyon nəfərdir

Bəziləri burgerlərdən milyardlar qazanır, bəziləri ölçüsü və dəyəri ilə müştəri qazanır.

ABŞ-da ilk "ət və tərəvəzlə bulkalar" 1800-cü illərin ortalarında masaya verilməyə başlamışdı. Lakin yalnız 1900-cü ildə  Nyu-Heyvendən olan amerikalı qastronom Lui Lessinq ilk hamburgeri -  işgüzar amerikalılara onilliklər sonra böyük sərvətlər qazandıran tezhazırlanan qidanı satmağa başladı. Lessinqin resepti orijinal deyildi: o, ənənəvi alman bifştekindən və sousu olan iki dəyirmi çörəkdən və kahı yarpağından istifadə etdi.

İki onillikdən sonra Kanzasda ilk fəstfud  restoranı  - White Castle  açıldı – bu, fəstfud-franşızaların dünyasında ən köhnələrdən birinin müəssisəsi idi. Əsrin dörddə biri ərzində sürətli ət yeməyi beş qəpiyə satıldı ki, bu da ilk restoran sahiblərini daimi qazanc və sadiq müştərilərlə təmin etdi. Bir az sonra, hamı fəstfud sənayesinə az-çox öyrəşəndə, nisbətən ucuz ət əvəzinə hamburqerlərdə yüksək növ ət istifadə etməyə başlandı. Bu cür "steykburgerlər", premium-seqmentə aid olan yeməklərə tələbatın xüsusilə yüksək olduğu dünyanın maliyyə paytaxtlarında xüsusilə populyar olmağa başladı.

Ən uğurlular

Hamburqerin və birinci açıq müəssisənin birinci satışı anından aydın oldu ki, fəstfudu satmaq cürbəcür olar. Hər kəs müxtəlif qitələrdə ət və ya toyuq ətini eyni dərəcədə dadlı edə bilməz. Kimsə fast food bazarını demək olar ki, dərhal tərk etdi, digərləri bu gün də bazarda işləməyə davam edir. Dünyadakı ilk beş burger franşizaları hazırda bu cür görünür:

1-ci yer. McDonalds. Dünyadakı ən böyük fəstfud şəbəkəsi. Dünyanın 119 ölkəsində 35 min restoran. Dünya üzrə işçilərinin sayı 1,8 milyon nəfərdir.

2-ci yer. Kentucky Fried Chicken (KFC)   - (Kentukki Qızardılmış Toyuq- tərc.) İkinci ən böyük və ən aktiv fəstfud şəbəkəsidir. Dünyanın 118 ölkəsində 18,9 min restoran. Möhürünü vurmuş yeməyi toyuq burgeridir. Dünya üzrə işçilərinin sayı 820 min nəfərdir.

3-cü yer. Burger King. ABŞ-da ən məşhur fəstfud şəbəkələrindən biri və inkişaf miqyasları baxımından üçüncü "burger". BK-nın 13000 restoranının əksəriyyəti Amerikada yerləşir. İşçilərinin sayı 34 min nəfərdir.

4-cü yer. Dairy Queen  (Süd Kraliçası-tərc.). Dünyanın digər ölkələrində elə də tanınmayan, lakin ABŞ-da son dərəcə məşhur fəstfud restoranları şəbəkəsidir. Burgerləri, dondurma və mineral su ilə klassik menyuda təqdim olunur. Dünyada 5.7 min restoranı var. Dairy Queen –in işçilərinin sayı təxminən 15 min nəfərdir.

5-ci yer. Wendy`s. ABŞ-ın ən populyar franşizalarından biridir. Möhürünü vurmuş yeməyi  klassik burger və soğan üzükləridir. Dünya üzrə fəaliyyət göstərən 6.8 min restoranına təxminən 10 min işçi xidmət göstərir.

ABŞ-ın ən böyük burgerlərindən əlavə, kiçik burgerlər də fəal işləyirlər və inkişaf edirlər, lakin bir çoxları milyardlarla qazanc əldə etmələri üçün deyil, dünyanın hər yerindən gələn  insanların yediyi  əsas məhsuldur.

Əsas məsələ -  rezin mədədir

Sürətli qidalanma şəbəkələri haqqında bilinməli əsas şey odur ki -  sağlam yemək hazırlamaq məsələsi onların  işi deyil. Yeməkləri ləzzətli, ucuz və tez hazırlayırlar. Aclığı tez təmin etmək üçün istifadə olunan qidalardakı karbohidratlar və yağlar dünyada piylənmə epidemiyasının əsas səbəblərindən biridir. Bundan əlavə, şəkərli içkilər və dondurma mədəaltı vəzi və qaraciyər xəstəliklərinin inkişafına kömək edir, eyni zamanda birinci və ikinci növ şəkərli diabetin inkişafına səbəb olur və sürətləndirir. Köhnə müştərilərini itirməmək və yenilərinin sadiqliyini qazanmaq üçün franşızaların sahibləri müəyyən hiylələrdən istifadə edirlər. Belə ki, bəziləri  bitki komponentlərinin və ət aromatizatorlarının "qarışdırmalar" texnologiyasının tətbiqiylə böyüdülmüş süni ətdən hazırlanmış burgerləri satmağa çalışırlar.

Belə qidaların uzun müddətli istehlakı sonsuzluq riskini əhəmiyyətli dərəcədə artırır - 8 ilə 16% arasında. Adelaid Universitetinin alimləri əmindirlər ki, qadınlarda hamilə qalmaq, saxlamaq, doğmaq və sağlam bir uşaq dünyaya gətirmək qabiliyyəti birbaşa qidalanmadan asılıdır və uşaq sahibi olmaq istədikləri təqdirdə fəstfud rasiondan tamamilə xaric edilməlidir.

Müştəriləri tutmaq üçün, şəbəkələr cəsarətli sınaqlara gedir. Çoxları tərkibində qlütensiz çörəkdən istifadə edirlər, menyuya kartof və yerkökü olan Vegan Burger əlavə edir və KFC əti də xüsusi 3D biointer printerdə çap etmək niyyətindədir. Hər şey ona görədir ki, müştəri yenidən gəlsin və pul xərcləsin.

Burger restoranlarında hətta öz idman növləri var - ət çörəklərini sürətlə yemək. Bu yarışmada rekord sahibi, illik burger yeyən sürət yarışının beşqat qalibi olan amerikalı Molli Skalerdir. Z-Burger şəbəkəsinin ev sahibliyi etdiyi bir tədbirdə Skaler on dəqiqədə 32 burger ötürməyi  bacardı. O, 15 rəqibini üstələyərək ötən ilki rekordu - eyni vaxt ərzində 27 burger - qırıb.

Qızıldan baha 

Dünya üzrə 5 ən bahalı burgerlər

5-ci yer  - The Burger (200 dollar ) – tərkibi : himalay duzu, trüfellər, mal əti

4-cü yer – Serendipty Burger (295 dollar) – tərkibi: xüsusi pendir, trüfellər, mal əti

3-cü yer – Douche Burger (666 dollar) – tərkibi: qryuyer, lobster, kobe mal əti

2-ci yer – Kobe Beef and Maine Lobster Burger (800 dollar) - tərkibi- soğan, bri pendiri, kobe mal əti

1-ci yer – Absolutely Ridiculous Burger (2000 dollar) tərkibi- pendir, soğan,  , limon, pomidor, xalapen istiotu, mal əti

Bir neçə min dollar dəyərində olan nəfis burgerləri çoxdan restoran sənət əsərləri ilə eyniləşdirilib. Ən bahalı burgerlərin siyahısında bir neçə mövqe var, amma qəsdən ən bahalı burgeri qeyd etmədik. İş ondadır  ki,  flerburger - ortasında kotlet olan adi çörək deyil.

Mənbə: life.ru

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR