Slimfit
  1. İDMAN

Dünyanın ən bahalı müdafiəçisi rekordu tezliklə yenilənəcək

Dünyanın ən bahalı müdafiəçisi rekordu tezliklə yenilənəcək
Sakura

Dünyanın ən bahalı müdafiəçisi rekordu tezliklə yenilənəcək

İngiltərənin "Mançester Yunayted" klubu "Lester"in futbolçusu Harri Maquayrı transfer etmək üçün 85 milyon funt-sterlinq (92 milyon avro) təklif edib. 

"Report"un "Telegraph"a istinadən verdiyi məlumata görə, bu keçid baş tutsa, 26 yaşlı oyunçu ən bahalı müdafiəçi sayılacaq. Ona sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 5 illik müqavilə və hər mövsümü üçün 9 milyon funt maaş təklif olunub. 

Maquayr 2017-ci ildən İngiltərə millisində çıxış edir. O, yığmada 20 oyuna 1 qol vurub. 

Hazırda dünyanın ən bahalı müdafiəçisi hollandiyalı Vircil van Deyk sayılır. "Liverpul" onu 2018-ci ilin yanvarında "Sautgempton"dan 75 milyon funta (82 milyon avro) alıb. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 9-da "Liverpul" - "Norviç" matçı ilə başlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR