Dərc edildi: Baxış sayı: 1327
Dünyanın ən bahalı brendləri açıqlandı
“Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb.
"APA-Economics" xəbər verir ki, "Apple" şirkəti ardıcıl olaraq beşinci il birinci yeri tutub.
Brendin dəyəri ötən il 3% yüksələrək 184,2 mlrd. dollar təşkil edib. İkinci yerdə dəyəri 141,7 mlrd. dollar olan "Google", üçüncüdə isə "Microsoft" (80 mlrd. dollar) qərarlaşıb. 2016-cı ildə "Google"-un dəyəri 6%, “Microsoft”-un isə 10% artıb.
İlk onluğa Coca-Cola ($69,7 mlrd.), Amazon ($64,7 mlrd.), Samsung ($56,2 mlrd.), Toyota ($50,3 mlrd.), Facebook ($48,2 mlrd.), Mercedes ($47,8 mlrd.) və IBM ($46,8 mlrd.) yer alıb.
Mənbə: Lent.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət