Dərc edildi: Baxış sayı: 522
Dünyanın aparıcı informasiya agentliyinin başçısı istefa verir
Dünyanın maliyyə xəbərləri üzrə ixtisaslaşdırılan məşhur “Dow Jones” informasiya agentliyinin icraçı direktoru Uilyam Lyuis öz postundan gedir.
“Report” xəbər verir ki, bu barədə “Dow Jones” strukturuna daxil olan “The Wall Street Journal” qəzeti bildirib.
Əlli bir yaşlı Lyuis agentliyə altı il başçılıq edib. O, həmçinin “The Wall Street Journal”ın naşiri idi.
“Financial Times” qəzetinin məlumatına görə, Lyuis həmçinin Britaniyanın bir sıra nəşrləri, xüsusi halda “Financial Times”ın özü, “The Sunday Times” və The Daily Telegraph"la işləyirdi.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət