Slimfit
  1. DÜNYA

Dünyanı təəccübləndirən erməni uydurmaları

Dünyanı təəccübləndirən erməni uydurmaları
Sakura

Dünyanı təəccübləndirən erməni uydurmaları

Erməni nağılları təkcə Qafqaz üçün uydurulmayıb, bu nağıllar sərhədsizdir.

Bu dəfə onlar “yenilikləri” ilə Rusiyanın RenTV telekanalında “hərbi sirlər” verilişinin aparıcısı İqor Prokopenkonu əməllicə təəccübləndiriblər. Məhşur jurnalist ermənilərin uydurduqları tarixi “faktları” özünəməxsus rişxədlə təqdim edib: “Sən demə, Misirdəki piramidaların inşa edilməsini misirlilərə ermənilər öyrədib. Bədbəxt misirlilər, sizi kimlər öyrətmədi. Təkcə bununlada qalmır, misirlilər İsrailə yerləşdirilərkən ermənilər Böyük Britaniyaya köçdüklərini də sübut etməkdən çəkinmirlər. Bunlar lətifə deyil sadəcə keçmiş sovet dövlətinin bir respublikasının tarixçilərinin “tarixi sübutlarından” sitatdır. Hətta ingilis alimləri eşidəndə ki, vikiqlər erməni millətindən olub, onlar etiraz etmək məcburiyyətində qaldılar”,-deyə aparıcı bildirib.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov: “Artıq Rusiyada da erməni “tarix oyunları” lətifələrinin hansı təhdidlərlə sonlanacağının ciddiliyi barədə anlayırlar. Hətta RenTV kimi telekanal buna sarkazmla olsa da efir vaxtı ayırıb. Ermənilər tam ciddiliklə iddia edirlər ki, Ukrayna dövlətindəki Kiyev, Lvov kimi böyük şəhərlər də qədim ermənilərin mədəniyyət abidələrindəndir”,-deyə bildirib.

“RenTV kimi bir kanal bu gülməli sujeti yayınlamaqla erməni təbliğatının iştahalarındakı “natamamlıq kompleksi”nin olduğunu göstərir. Normal xalqlar başqasının keçmişinə iddia etmirlər. Normal cəmiyyət “İsa peyğəmbər erməni əsilli olub”, “erməni ordusunun on min il yaşı var” və “ermənilər yer üzündə ilk insanlar olublar” kimi absurd iddiada olmaz,- deyə tarixçi alim bildirib.
Verilişdə belə bir ifadə səslənib ki, böyük xalqların sübut etməyə ehtiyacı yoxdur ki, o böyük xalqdır. Bunun üçün kifayətdir ki, Ensklopediyanı açıb orada həmin xalqların yetişdirdiyi görkəmli şəxsiyyətlər, alimlər, yazıçılar, rəssamlar barədə yazılmış faktları oxumaq kifayətdir.

Proqramda bildirilib ki, erməni alimləri Yeravanda muzeydə nümaiş etdirdikləri ekspanatlarla sübuta yetirməyə çalışırlar ki, ermənilərin beş min illik tarixi keçmişləri var. Onlar saxta sübutlarla sivilizasiyanın ilk insanları olduqlarını deməkdən çəkinmirlər. Onlar bildirirlər ki, güya misirlilər və şumerlər elmi onlardan öyrənib. Onlarda olan tarixi abidələrin yaşı, güya misir piramidalarından iki dəfə qədimdir. Bu abidələr tikilməzdən əvvəl onlar artıq boyük həcmli daşları daşımağın texniki həllini tapıb, daş üzərində işləyib və kənd təsərrüfatı ilə məşğul olublar.

Nədənsə qəflətən onlar köç etmək qərarına gəlirlər. Erməni taxirçilər belə güman edirlər ki, bu köç təbiyətdə baş verən dəyişikliklərlə bağlı olub. Yaranmış quraqlıq onları Britaniyaya gətirib. Ermənilər bildirirlər ki, Britaniyada yaşamış ilk insanlar məhz ermənilər olub. Verilişin aparıcısı bildirib ki, ingilis alimləri bu tarixi təhriflər qarşısında çox təəccübləndiklərini bildiriblər. Çünki onlardan bəziləri hesab edirlər ki, ingiltərədə həyat təxminən bir milyon il əvvəl mövcud olub. O vaxt isə ermənilər yox idi.
Rus telekanalı bu verilişlə göstərir ki, erməni tarixçılərinin araşdırmaları həqiqi mütəxissisləri gülməyə vadar edib.

 

Mənbə: Bizimyol.info

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR