Slimfit
  1. MARAQLI

Dünyada yalnız 2 nüsxəsi olan "Qadağan edilmiş kitab"

Dünyada yalnız 2 nüsxəsi olan "Qadağan edilmiş kitab"
Sakura

Dünyada yalnız 2 nüsxəsi olan "Qadağan edilmiş kitab"

Türkiyə istehsalı olan və bütün stereotipləri qıran "Dabbe" qorxulu filmlərini yəqin ki, izləmisiz. Filmin rejissoru Hasan Karacadağ "Dabbe 6"-nın ssenarisini "Kitabu'l Azazil"-dən götürülən faktlar əsasında işlədiyini deyib. Çəkilən qorxu filmləri arasında ən çox izlənilən və rekord sayda baxış toplayan bu filmlərin əsas sirrinin nə olduğunu bilirsizmi? Elə isə məqaləni diqqətlə oxuyun.

Publika.az dünyada bütün nüsxələri məhv edilən, oxunması qadağan edilən və sadəcə 2 nüsxəsinin gizli şəkildə oğurlandığı "Kitabu'l Azazil" haqqında maraqlı faktları təqdim edir:

"Kitabu'l Azazil" adlanan bu kitab İbn-i Cuhaşi adlı bir şəxs tərəfindən yazılıb. Əslən çinli olan bu şəxs kitabda cin və şeytanlarla təmasda olaraq mistik aləmin bu dünyada görə və duya biləcəyimiz nüanslarını diqqətə çatdırıb. Kitab b.e. 500-cü ilində yazılıb. Son dərəcə maraqlı və düşündürücü məqamların yer aldığı kitabda şeytanların insanlarla hansı məqamlarda ünsiyyətə girdiyinə dair faktlar yer alır. Kitab qalın vərəqələr üzərinə yazılmış 500 səhifədən ibarətdir. Cinlər aləminə aid bütün sirlər bu kitabda ən incə detallarına qədər yazılıb. Məhz buna görə də bu kitabın yayılması, oxunması qadağan edilib.

Bəzi mənbələrdə kitabın b.e 800-cü ilində yazıldığı qeyd olunur. Maraqlısı budur ki, kitabın müəllifi çinli olsa da, orijinalı ərəb dilində qələmə alınıb.

Kitabın müəllifi haqqında da olduqca maraqlı faktlar var. İddia edilir ki, yazıçı kimi tanınan İbn-i Cuhaşi özü insan olmayıb. Bir qrup onun psixi problemlərinin olduğunu və bütün yazılanların cəfəngiyyat olduğunu düşünür. Ümumiyyətlə, İbn-i Cuhaşinin əslində kim olduğu, ailəsi, haradan gəlib, haraya getdiyi haqqında məlumat yoxdur.

Ortalığa atılan məlumatların nə olduğu bilinməsə də, bütün nüsxələr yandırılana qədər bu kitab insanlar tərəfindən həddən artıq maraqla oxunurdu. Nəticədə isə bu kitabı oxuyan insanların əksəriyyəti qarabasmalardan ölüb.

Kitab nəşr edildikdən qısa bir müddət sonra içərisində olan gizli və insan həyatı üçün riskli ola biləcək məlumatlar kitabdan çıxarılıb. Yenidən nəşr edilən kitabın səhifələrinin düzəlişi yaddan çıxdığı üçün insanlar məhz həmin müəmmalı səhifələri axtarmağa başlayır. Bu səbəbdən də, günümüzə çatan yalnız 2 ədəd nüsxənin yenidən nəşr edilən versiya olduğu deyilir.

Eyni zamanda kitabın Əndəlüs Əməvi Dövləti sərhədləri daxilində qələmə alındığı və dövlət kitabxanasında qorunduğu da iddia olunur. Kitabın yazılma tarixinin 800-cü illərə təsadüf etdiyinə inansaq, kitabın Əndəlüs Əməvi Dövləti zamanında yazılmış olduğu iddiası bir qədər real görünür.

İnsanları dəliliyə sürüklədiyi düşünüldüyü və yazarın cin olduğu iddia edildiyi üçün kitab tamamilə ortadan qaldırılmağa başlayır. Lakin naməlum şəxslər tərəfindən (kitabxana işçilərinin olduğu ehtimal edilir) alimlər tərəfindən tamamilə qadağan edilən kitabın 2 nüsxəsi oğurlanır. Həmin o nüsxələrdən biri haqqında heç bir məlumat yoxdur. Digər nüsxənin isə İspaniyanın Kordova şəhərindəki muzeylərdən birində saxlanıldığı deyilir.

"Azazil" sözü ərəbcədən tərcümədə şeytan deməkdir. Yəhudi və Xristian qaynaqlarında da Azazel deyə keçir. Bu söz ərəb dilindən olsa da, Quranda rast gəlinmir. Lakin İslam alimlərinin bir çoxunun əsərlərində şeytan mənasında "Azazil" sözü işlənir. O səbəbdən "Kitabu'l Azazil"-ü "Şeytanın Kitabı" da adlandıranlar var.

Kitabın uzun illərdən sonra yenidən gündəmə gəlməsi isə türkiyəli rejissor H.Karacadağın "Dabbe" silsilə filmləri haqqında söylədikləri olub. O, iddia edir ki, həmin nüsxələrdən birini tapıb və ssenarini onun əsasında hazırlayıb. Reallığa yaxın olan faktlar filmlərin reytinq qırmasının əsas səbəblərindən biridir.

Həmin nüsxələri heç zaman paylaşmayan rejissor qeyd edir ki, ətrafda baş verən hadisələrin hər birinin səbəbi var. Psixoloji cəhətdən çox güclü insan olmalısan ki, bu kitabı oxuduqdan sonra dəli olmayasan.

 

Müəllif: Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR