Dünyada bu günün koronavirus statistikasına nəzər yetirmək yalnız nikbin düşünməyə əsas verir. İnfeksiyaya…
Bizimyol.info xəbər verir ki, sutkanın başa çatmasına çox qalmasa da, gün ərzində təxminən 44 min nəfərdə virus aşkarlanıb. Halbuki say, adətən, 70-75 minə yaxınlaşırdı.
Sutka ərzində cəmi 3191 nəfər həyatını itirib. Aprelin heç bir günü ölənlərin sayının 4 mindən az olması ilə başa çatmayıb.
Xüsusilə İtaliyada, Türkiyədə qeydə alınan rəqəmlər nikbinliyə şərait yaradır. Avropa ölkəsində sutka ərzində 2091 nəfərin virus testi müsbət nəticə verib. Türkiyədə isə cəmi 2392 nəfərdə infeksiya aşkarlanıb. Hər iki ölkədə günlük statistikada rəqəmlər təxminən iki dəfə yüksək olurdu.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların ümumi sayı 3,1 milyonu keçib. Cəmi 214,6 min həyatını itirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət