Slimfit
  1. DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü
Sakura

Dünyada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötdü

Dünyada koronavirusdan 558 150 nəfər sağalıb, 147 757 nəfər isə ölüb.

Report” xəbər verir ki, indiyədək 2 200 322 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (671 475), İspaniya (188 068) və İtaliyada (168 941) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 74 392 nəfər yoluxub, 1 643 nəfər ölüb. İranda isə 79 494 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 4 958 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, aprelin 16-na olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 283-dür. İndiyədək ölkəmizdə 15 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR