Slimfit
  1. MARAQLI

Dünyada ilk restoran nə vaxt açılıb?

Dünyada ilk restoran nə vaxt açılıb?
Sakura

1700-cü illərə qədər restoran anlayışı ortaya çıxmamışdı.

Yaşadığımız yerlərdə kiçik və ya böyük olmaqla, demək olar ki, hər küçədə restoran tapmaq mümkündür.  Restoranların yayılması, şübhəsiz ki, yeməyin insanın ən əsas ehtiyacı olması ilə bağlıdır. Vəziyyətin bu cür  olması, təsəvvür etdiyiniz kimi, restoranın tarixinin olduqca qədim zamanlardan başladığına dəlalət edir.  Beləliklə, ilk restoran nə vaxt açılıb?

 Restorançılığın  başlanğıcı

 Yemək mədəniyyəti çox inkişaf etmişdir.  1700-cü illərə qədər restoran anlayışı ortaya çıxmamışdı.  İlk müasir restoranı 1765-1766-cı illərdə Parisdə Boulanqer açıb.  Həmin vaxydan  müştərilərə seçim təklif edən  anlayış meydana gəldi.  O dövrdəki anlayışa görə, restoranın məqsədi insanları ət suyu bulyonu və şorba ilə  sağlamlığa  qovuşdurmaq idi.

 Adı ilə məşhur olan ilk restoran 1782-ci ildə Parisdə açılıb.  Grand Toveme de Loundres adı altında açılan bu restoranda yeməklərin adları sadalanır və müəyyən vaxtlarda bir nəfərlik masalara xidmət edilmişdi. İlk restoranın açılışından sonra Fransız İnqilabı  baş verdiyindən, Fransadakı məşhur aşpazlar işsiz qalmış və müxtəlif ölkələrə köç etmişdilər.  1794-cü ildə Fransadan qaçanların əksəriyyəti Amerikada məskunlaşaraq  restoran mədəniyyətini yaydılar.

 

 Menyuların yazılması yeni cərəyanlar yaratdı.  XIX əsrdə Antuan Careme Aristokrat sinifinə xas olan Grande Mətbəxi dövrünə başladı.  Bu dövrdə bir çox yemək cəlbedici şəkildə təqdim edilirdi.  Klassik mətbəx dövrü adlandırılan bu dövrdə restorançılığa təsir göstərən digər ad Aquste Eskoffier idi.  Ekcoffierin yaratdığı klassik ziyafət menyusunda  10-14 çeşiddə yemək verilirdi.

 Müasir dövrdə restorançılıq

Müasir menyu konsepsiyasının memarı Ferdinand Pointdir.  Point tərəfindən açılan La Pyramide, müxtəlif aşpazların təlim yeri olub.  İkinci Dünya müharibəsi də restoran menecmentinin yayılmasında təsirli rol oynamışdır.  Bu dövrdə fabriklər, ofislər və məktəblər özlərinə qida xidməti bölmələrini qururdular.  Bütün dünyada yayılan yemək xidmətlərindən  biri Amerikada başlayan sürətli yemək (fast food) xidməti təklif edən restoranlar olmuşdur.  Sektor avtomobillərə xidmət ilə başlayıb və vaxt ötdükcə milyonlarla satış əldə etmişdilər .  Bu dövrdə sürətli yemək istehlakına qarşı yavaş qida (slow food) axını meydana gəldi.  1970-ci illərdə İtaliyada dəstəklənən ağır qida təmayülünün öncülü olan Karlo Petrini, kitabında yavaş yemək anlayışını, sağlam və gözəl  yeməyin müəyyən bir müddətdə hazırlana biləcəyini izah etmişdi.

Mənbə: www.hangisieniyi.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR