Dərc edildi: Baxış sayı: 512
Dünyada ilk dəfə genetik koronavirus testi hazırlanıb
Braziliyalı alimlər dünyada ilk dəfə koronavirusun müəyyən olunması üçün genetik test hazırlayıb.
Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, virusun diaqnostikası üçün testlərin tətbiq olunmasına iyunda başlanacaq.
Həmin test koronavirus DNT materialları əsasında aşkar edə bilər. Testi hazırlayan müəlliflər 100 faiz dəqiq nəticənin təmin olunacağını deyir.
Genetik test Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq patent sistemində patentləşdirilib.
Qeyd olunur ki, genetik test vasitəsilə eyni anda 1536 nümunəni yoxlamaq olar. Bu, adi testlərlə müqayisədə 16 dəfə çoxdur.
Testin nəticəsini 3 gün sonra öyrənmək mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət