Slimfit
  1. MARAQLI

Dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirilib

Dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirilib
Sakura

Dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirilib

Özbəkistanda dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirilib.

Publika.az xəbər verir ki, ötən il Daşkənddə keçirilən Ənnənəvi Mədəniyyət Festivalında bişirlən plovun çəkisi 7360 kiloqram olub. Hazırlanan özbək plovu Ginnesin Rekordlar Kitabına düşüb. Bu dəfə isə Surxandərya vilayətinin Denauy rayonunda hazırlanan 8 tonluq plov dünya mətbuatının diqqətini çəkib.

Plov vilayətin 46 peşəkar aşpazı tərəfindən hazırlanıb. Surxandərya aşpazları rekordu təzələyib və 8 tonluq plov hazırlayıblar. Nəticələrin Ginnesin Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqqında məlumat yoxdur.

Hazırlanan plov Surxandərya vilayətində yerləşən hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.

Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR