Slimfit
  1. AZƏRBAYCAN

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı
Sakura

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı

Hər il olduğu kimi bu ildə Belçikanın Ham şəhərində müxtəlif xalqların öz mədəniyyətlərinin təqdim edilməsi mərasimində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan bayrağı altında milli dəyərlərimizi avropalılara təqdim edib.

Qeyd edək ki, möhtəşəm tədbir bu yaxınlarda Ham şəhərində "Qarabağ atı"na qoyulan abidənin yanında keçirilib.
Bu barədə məlumatı diaspor hərəkatının fəalı Elnur Eltürk verib.

"Təşkilatın sədri Ayhan Dəmirçi illərdir ki, Belçikada Azərbaycanın təbliğatı ilə məşğuldur. Altıncı dəfədir ki, Azərbaycan icması tədbirdə ölkəmizi təmsil edir. İki stendlə qatılan Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı flamand dilində hazırlanan 1200 kitabı tədbir iştirakçılarına təqdim edib.

Qonaqlar milli mətbəximizin təamlarının dadına baxıblar. Plov,dolma və s. milli yeməklərimizin tamı qonaqların çox xoşuna gəlib. Azərbaycanın turizmi ilə bağlı video slayd göstərilib. CD, broşür, milli geyimlərimiz və aksesuarlar iştirakçılara təqdim edlib. Ham şəhər bələdiyysəinin sədri Dirk De Vis,siyasilər və bələdiyyə üzvləri standlarımızla tanış olublar. Onlar Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin yüksək fəaliyyətinə görə, öz məmnunluqlarını bildiriblər. 

Ayhan Dəmirçi göstərdikləri dəstəyə görə bələdiyyə sədrinə, heyət üzvlərinə, Uyum Məclisi-Integratieraad başqanı və bölgə sorumlusu Daisy Zaenen, Yasəmən Soysal,Məryəm Demircan və cəmiyyətin üzvlərinə öz təşəkkürünü çatdırıb".

Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR