Dərc edildi: Baxış sayı: 1337
Dünyada ən sürətli qatar
Sentyabrın 21-də Pekin və Şanxay arasında dünyada ən sürətli sərnişin qatarı buraxılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Fusin" adlanan qatarın hərəkət sürəti saatda 350 kilometr/saatdır. Yeni qatar gün ərzində 7 dəfə hərəkət edəcək.
Bu gün qatar yerli vaxtla səhər saat 7:00-də Pekindən yola düşüb, 4 saat 28 dəqiqə sonra Şanxaya çatıb.
Pekin-Şanxay dəmir yolu xətti Çində ən yüklənmiş yoldur. Onun sərnişin axını ildə 100 milyon nəfərdən çoxdur. Bununla əlaqədar ərazidə sürət limitinin dəyişdirilməsi və yeni nəsil qatarların yaradılması barədə qərar qəbul olunub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət