Slimfit
  1. MARAQLI

Dünya ulduzlarının qollarını bəzəyən sərvət

Dünya ulduzlarının qollarını bəzəyən sərvət
Sakura

Dünya ulduzlarının qollarını bəzəyən sərvət

Məşhurların bahalı və dəbdəbəli həyat tərzi hər zaman medianın diqqət mərkəzindədir.

Oxu.Az dünya şöhrətli ulduzların bahalı və lüks aksesuarlarının markalarını və qiymətlərini təqdim edir:

Ən bahalı saatlardan birinin sahibi boks əfsanəsi Floyd Meyvezerdir. İdmançı 18 milyon dollar qiyməti olan saat taxır. Aksesuarın markası “Jacob & Co” brendinə məxsusdur. “The Billionare” modelinin ümumi ölçüsü təxminən 260 karat olan brilyantdan ibarətdir.

Jacob & Co, The Billionare - 18.000.000 dollar 

Floydun kolleksiyasını “Richard Mille RM” 59-01 - 616.000 dollar, “Mille RM 011 Lotus” - 275.000 dollar, “Audemars Piguet Royal Oak Offshore” - 1 370 200 dollara, “Jacob & Co Royal Baguette Diamonds” - 1.000.000 dollar qiymətləri olan saatlar bəzəyir.

Lüks saatları ilə həmkarlarına göz dağı verən digər məşhur müğənni Ed Şirandır.

Patek Philippe - 1.000.000 dollar

Pop ulduzun kolleksiyasına “Patek Philippe Minute Repeater Perpetual Calendar Chronograph” - 1 000 000 dollar, “Rolex Cosmograf Daytona” “Göy qurşağı” - 250 000 dollar, “Patek Philippe ref. 2499” - 2 000 000 dollar, “Richard Mille RM 26-02 Evil Eye Tourbillon” - 635 000 dollar, “Audemars Piguet Royal Oak Ekstra-Thin” - 160 000 dollar, “Richard Mille RM 27- 03 Turbillon” - 750 000 dollar, “Richard Mille RM 38-01 Tourbillon Bubba Watson” - 825 000, “Audemars Piguet Royal Oak Concept turbillon GMT”- 214 200 dollar, “Patek Philippe Triple Complication Reference 5208P” - 1 050 000 dollar, “Richard Mille RM38-01 Tourbillon G-Sensor Bubba Watson” - 800 000 dollar dəyərində saatlar daxildir.

Rolex Cosmograf Daytona "Göy qurşağı" - 250 000 dollar

Patek Philippe ref. 2499 - 2 000 000 dollar

Richich Mille RM 26-02 Evil Eye Tourbillon - 635 000 dollar

Dəbdəbəli geyim zövqü ilə hər zaman fərqlənməyi bacaran repçi Dreyk bahalı daş-qaşlarla bəzədilmiş saatları ilə diqqət çəkir.   

Richard Mille RM11-03 - 400 000 dollar

“Patek Philippe 5719 / 10R-010” - 600 000 dollar, “Richard Mille RM11-03 - 400 000 dollar, “Patek Philippe 5740 Nautilus Perpetual Calendar” - 200 000 dollar, “Patek Philippe 5976 / 1G Nautilus Chronograf” - 350 000 dollar, “Patek Philippe 5719 / 10G-010” - 450 000 dollar, “Richard Mille RM 69 Erotik Turbillon” - 750 000 dollar dəyərində olan qol saatları ulduz repçinin ən sevdiyi aksesuarlarıdır.

Patek Philippe 5719 / 10R-010 - 600 000 ABŞ dolları 

Patek Philippe 5976 / 1G Nautilus Chronograph - 350 000 ABŞ dollar

 Patek Philippe 5719 / 10G-010 - 450 000 dollar

İtaliyanın “Yuventus” komandasının hücumçusu, dünya şöhrətli 34 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldu da bahalı saatları çox sevir.

Bulgari - 790 000 dollar 

Futbolçu tez-tez qırmızı xalı gecələrinə “Bulgari” brendinə məxsus dəyəri 790 000 dollar olan saatla çıxır. Onun digər sevdiyi saat isə üstü brilyant və yaqut daşlarla bəzədilmiş 1,5 milyon dollarlıq “Franck Muller Round Tourbillon” markasının aksesuarıdır. Ronaldunun daha bir saatı isə qiyməti 802 000 dollar olan “Montres Breguet Classique Double Tourbillon” brendindəndir.

Franck Muller dəyirmi Tourbillon - 1 500 000 dollar

“Montres Breguet Classique Double Tourbillon” - 1 500 000 dollar

Rəşad Əliyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR