Slimfit
  1. İDMAN

Dünya üçüncümüz: Erməni olduğu üçün onunla güləşəndə həyəcanlı idim

Dünya üçüncümüz: Erməni olduğu üçün onunla güləşəndə həyəcanlı idim
Sakura

Dünya üçüncümüz: Erməni olduğu üçün onunla güləşəndə həyəcanlı idim

Məlum olduğu kimi, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin (U-23) dünya çempionatı başa çatıb. Sərbəst güləş millimiz bu yarışdan üç medalla qayıdıb.

Oxu.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində dünya çempionu olmuş Şamil Zubairov təəssüratlarını bölüşüb:

“Dünya çempionatında beş görüş keçirdim. Mən baş məşqçim Firdovsi Umudovla bu dünya çempionatının qızıl medalını qazanmaq üçün hər şeyi etdim”.

65 kq-da gümüş medal qazanmış Əli Rəhimzadə isə bunları bildirib:

“Bildiyiniz kimi, dünya çempionatında güclü rəqiblər olur. Bu yarışa hazırlaşmaq üçün 5-6 təlim-məşq toplanışı keçmişdik. Finalda yapon idmançısı ilə qarşılaşdım. Çox gərgin görüş keçdi. Rəqibim çox təcrübəli idi. Bu görüşdə məşqçilərin verdiyi taktikanı düzgün yerinə yetirə bilmədiyim üçün məğlub oldum. İnşallah, çalışacağam ki, gələcəkdə bu gümüş medalı qızılla əvəzləyim. Mənə dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm”.

86 kq-da bürünc medala yiyələnmiş Murad Süleymanov isə erməni Hovannes Mxitaryan ilə ilk güləşindən danışıb:

“İlk görüşüm erməni güləşçi ilə idi. Erməni olduğu üçün onunla güləşəndə həyəcanlı idim. Amma sonda ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə isə kanadalı idmançını yendim. Çəkimi dəyişmək fikrim yoxdur. İstəyirəm ki, daha yaxşı nəticə verib elə bu çəki ilə Olimpiadada təmsil olunum”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR