Slimfit
  1. AZƏRBAYCAN

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və “Azexport” arasında anlaşma memorandumu imzalanıb

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və “Azexport” arasında anlaşma memorandumu imzalanıb
Sakura

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və “Azexport” arasında anlaşma memorandumu imzalanıb

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Ticarət Mərkəzləri Assosiasiyasının (WTCA) Hindistan üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

İİTKM-dən “Report”a verilən məlumata görə, görüş zamanı İİTKM-in Azexport portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda son illər ərzində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkələr arasında təməli uzun illər öncə qoyulan münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Z.Qardaşovun sözlərinə görə, TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində sıx əməkdaşlıq edir və çoxsahəli əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin var.

Dünya Ticarət Mərkəzləri Assosasiyasının (WTCA) Hindistan nümayəndəliyinin vitse-prezidenti Someş Batra səfərdə olduğu müddət Azərbaycanla bağlı müsbət təəssürat əldə etdiyini bildirib.

Görüşdə həmçinin WTCA-nın Hindistan şəbəkəsi üzərindən Azərbaycandan ixrac imkanları müzakirə edilib.

Görüşün sonunda Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) 1968-ci ildə Nyu-York şəhərində Dünya Ticarət Mərkəzi yanında yaradılıb. Bu qurum beynəlxalq ticarətin genişləndirilməsi üçün Dünya Ticarət Mərkəzlərinin (WTC) yaradılması və effektiv fəaliyyətini nəzərdə tutan qeyri-kommersiya, qeyri-siyasi bir birlikdir. Hazırda WTCA 90 ölkədə 287-dən çox lisenziyalı Dünya Ticarət Mərkəzlərini, eləcə də 850 000-dən çox şirkət və fərdi üzvləri özündə birləşdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR