Slimfit
  1. DÜNYA

Dünya siyasətçilərinin qızları nə işlə məşğul olur?

Dünya siyasətçilərinin qızları nə işlə məşğul olur?
Sakura

Dünya siyasətçilərinin qızları nə işlə məşğul olur?

Bir çox siyasətçilər şəxsi həyatlarını ictimailəşdirməyi sevmir, amma bu qayda onların qız övladlarının ürəyincə deyil. Onlar sosial şəbəkədən aktiv istifadə edir, müxtəlif sahələrdə çalışır, sosial məsələləri müzakirə edir və xeyriyyəçiliklə məşğul olurlar. 

Qafqazinfo” xarici mətbuata istinadən dünyaca məşhur siyasətçilərin qız övladlarının foto və məşğuliyyətlərini təqdim edir:

İvanka Tramp – ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı

İvanka Tramp gözəlliyini anasından, polad xasiyyətini isə atasından mənimsəyib. Əvvəlcə o, model oldu. Lakin yaxşı maddi dəstəyi ola-ola o, ümumiyyətlə, heç nə etməyə bilərdi. Amma bu, İvankaya uyğun deyil. ABŞ-ın 45-ci prezidentinin qızı inanılmaz dərəcədə işgüzardır. İvanka bir dəfə də olsun işə gecikməyib, heç vaxt görüşləri təxirə salmayıb və əlavə istirahət günü götürməyib.

Təəccüblü deyil ki, atası məhz böyük qızını özünə məsləhətçi kimi götürüb. Ola bilər, onların münasibətləri ata və qız arasında olan etibarın ən yaxşı nümunəsidir. Buna sübut kimi ABŞ prezidentinin danışıqlarda və rəsmi tədbirlərdə qızı ilə olan ünsiyyətini göstərmək olar. Siyasi həyatdan əlavə, İvanka şəxsi həyatını da unutmur. Gələcək həyat yoldaşı ilə nikaha girmək üçün o, dinini dəyişərək iudaizmi qəbul edib. Və buna peşman olmayıb, axı o, artıq 10 ildir Cared Kuşnerlə bərabərdir və onların üç övladı var.

Kinqa Duda – Polşa Prezidenti Andjey Dudanın qızı

Gənc yaşına baxmayaraq, Kinqa atası Andjey Dudanın seçki kampaniyasında iştirak edib. Seçki ərəfəsində müsahibə verən Kinqa atasının dürüst biri olduğunu deyərək, ona səs verəcəyini bildirmişdi. Qız valideyninin yolu ilə gedib. O, Yaqellon Universitetinin Hüquq fakültəsində təhsil alır.

Barbara Berluskoni  - İtaliyanın eks-baş naziri Silvio Berluskoninin qızı

Məşhur soyad artıq Barbaranın atasının kim olduğunu başa düşməyə imkan verir. Təbii ki, bu, İtaliyada 4 dəfə Baş Nazir postunu tutan Silvio Berluskonidir. Onun qızı uğurlu iş xanımıdır. O, “Finlnvest” holdinq kompaniyasında yüksək vəzifələrdən birini tutur. Barbara çoxuşaqlı anadır – onun dörd övladı var.

Aliyə Şaqiyeva – Qığızıstanın keçmiş prezidenti Almazbek Atambayevin qızı

“Qırğız şahzadəsi” Aliyə Şaqiyeva İnstaqram hesabında öz fotolarını, rəsm əsərlərini yerləşdirir, sosial məsələlər barədə fikrini bildirir. Aliyə - rəssamdır, 2016-cı ilin martında Bişkek şəhərində onun “Metamorfozlar” adlı ilk sərgisi keçirilib. Bilet və işlərin satışından əldə olunan bütün gəliri o, Daun sindromundan əziyyət çəkən uşaqlara yardım edən fonda köçürüb.

Məhz bu sərgidən sonra ictimaiyyət onun prezident qızı olduğunu öyrənib. Buna qədər Aliyə atasının kim olduğunu bəlli etmir və bu səbəbdən özünü həmişə anasının soyadı ilə təqdim edirmiş. Şərq gözəli müstəqildir və bir çox məsələlərdə öz mövqeyini müdafiə edə bilir, buna görə də o, gizlincə rus oğlanla ailə həyatı qurub. Cütlüyün iki övladı var.  

Frensis Abbott – Avstraliyanın keçmiş Baş Naziri Toni Abbottun qızı

Gülərüz Frensis aktiv şəkildə idmanla məşğul olur, bir müddət kulturizmlə də maraqlanıb. Bu yaxınlarda o, ailə həyatı qurub və ağ saçlarını kəsmək qərarına gəlib – yeni həyata yeni saç düzümü ilə. Gənc cütlük səyahət etməyi çox sevir. Buna sosial şəbəkələrdəki çoxsaylı fotolar sübutdur.

Mari de Vilpen – Fransanın keçmiş Baş Naziri Dominik de Vilpenin qızı

Etiraf etmək lazımdır ki, biz fransız aktrisalara xüsusi həyəcan və maraqla yanaşırıq. Mari De Vilpen – model, aktrisa və müğənnidir. O, tətbiqi riyaziyyat üzrə dərəcə aldıqdan sonra Nyu-Yorka köçüb və model kimi çalışmağa başlayıb, daha sonra “Givenchy Ange ou Dеmon” parfümünün simasi seçilib. O, “Baykonur” filmində rol alıb. Bundan əlavə, Vilpen kikboksinq və cüdo ilə məşğul olur.

Lola Kərimova-Tillyayeva – Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı

Özbəkistanın birinci prezidenti İslam Kərimovun kiçik qızı ölkənin YUNESKO-dakı təmsilçisi olub. Lola Kərimova-Tillyayeva iki xeyriyyə fondu yaradıb. Bundan əlavə, Lola Asiya Gimnastika İttifaqının prezidentidir.

Lola şəxsi həyatında da uğur qazanıb. O, biznesmen həyat yoldaşı Timur Tillyayevlə bərabər 3 uşaq tərbiyələndirir.

Sesiliya Axern – İrlandiyanın keçmiş Baş Naziri Berti Axernin qızı

Çox güman ki, bir çoxunuz Sesiliya Axernin kitabları əsasında çəkilmiş filmləri (“P.S. Mən səni sevirəm”, “Sevgilərlə, Rozi”) izləmisiniz. Sesiliya 20 roman yazıb. Onların bir çoxu dünyanın müxtəlif dillərinə tərcümə olunub və yetərincə çox satılıb. O, 21 yaşında “P.S. Mən səni sevirəm” adlı ilk romanını çap etdirib. Həmin kitab ABŞ, İngiltərə, İrlandiya, Almaniya kimi ölkələrin bestseller reytinqlərində ilk yerləri tutub.

Bu fəaliyyətinə görə o, bir neçə dəfə ədəbiyyat üzrə mükafatlara layiq görülüb. Sesiliya ailəlidir və 2 uşaq tərbiyələndirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR