Slimfit
  1. DÜNYA

Dünya silah ticarətində lider ölkələr

Dünya silah ticarətində lider ölkələr
Sakura

Dünya silah ticarətində lider ölkələr

Ölkələrin dünya bazarında silah ticarəti sahəsində tutduğu yerlərlə bağlı statistik məlumatlar açıqlanıb.

Bu barədə cnbc.com ABŞ Dövlət Departamentinin hazırladığı hesabata əsasən xəbər yayıb.

Xəbərdə bildirilir ki, dünya ölkələri bir il ərzində hərbi xərclərə təxminən 3 trilyon dollar xərcləyir.

Silah transferləri dövriyyəsinin 79 faizinə ABŞ nəzarət etməklə liderdir. ABŞ-ın bu bazarda payı ondan sonrakı yerləri tutan 9 ölkənin ümumi payından 4 dəfə çoxdur.

Avropa Birliyi 10 faiz, Rusiya 5 faiz, Çin isə 2 faiz paya sahibdir.

2007-2017-ci illərdə ABŞ-ın orta illik silah satışları 143,2 milyard, növbəti yerlərdə gələn Rusiyanın 9,7 milyard, Fransanın 4,1 milyard, İngiltərənin 3.6 milyard, Almaniyanın 3, 6 milyard, Çinin 2.9 milyard dollar həcmində olub.

Digər yerləri isə İtaliya, İsrail, İsveç, İspaniya paylaşır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR