Slimfit
  1. DÜNYA

DÜNYA Şərqi TÜRKÜSTANDA olan vəziyyətə göz yumur!

DÜNYA Şərqi TÜRKÜSTANDA  olan vəziyyətə göz yumur!
Sakura

DÜNYA Şərqi TÜRKÜSTANDA olan vəziyyətə göz yumur!

Uyğur Türklərinin sayının əhəmiyyətli dərəcədə azalmağa başladığı bildirilir.

Avstraliyanın "Mercatornet" araşdırma saytında  yerləşdirilmiş Uilyam Huanq-ın "Dünya Şərqi Türküstandakı Demoqrafik Qırğına məhəl qoymur" adlı hesabatında uyğur əhalisinin son üç ildə əhəmiyyətli dərəcədə azaldığı, ancaq dünyanın Şərqi Türküstanındakı demoqrafik dəyişikliyə göz yumduğu vurğulanıb.  Hesabat, 2017-ci ildən əvvəl Şərqi Türküstanın Çindəki əyalətlərə nisbətdə ən yüksək doğum göstəricisi olan bölgədən, 2017-ci ildən etibarən  bir il ərzində ən aşağı doğum nisbəti olan bölgəyə çevrildiyini ortaya çıxarır. 

Şərqi Türküstanda əhali sayında artımın düşərgələrin qurulması ilə başladığının qeyd olunduğu hesabatda  2017-ci ildə bu  bölgədə hər  1000 nəfərə 15,88 faiz təşkil edən doğum nisbətinin 2018-ci ildə üçdə birdən çox azalaraq 10.69 faizə düşdüyü və əhalinin  illik təbii artım tempinin hər 1000 nəfərə 11.40 -dan 6.13 faizə düşdüyü bildirildi.

HESABATDA İŞARƏ EDİLİR Kİ ...

Hesabatda 2017-ci ildə bölgədə 330.000 ilə 345.000 arasında  körpə doğulduğu və bu nisbətin 2019-cu ildə 205.000-ə düşdüyü və nəhayət  2019-cu ildə 8.14 faizlik göstərici ilə  Çinin digər əyalətlərilə müqayisədə ən aşağı doğum nisbətinə çevrildiyi bildirilir Mütəxəssislər, toplanış düşərgələrinin və ailə planlamasının Uyğur əhalisinin kəskin azalmasında təsirli olduğunu vurğulayıblar.

Uyğurlarla bağlı  araşdırma aparan ABŞ-dakı Kommunizm Qurbanları Xatirə Dərnəyinin tədqiqatçılarından olan Adrian Zenz, toplanış düşərgələrinə və ailə planlaşdırma amillərinə diqqət çəkərək bunun Şərqi Türkistandakı uyğurlar üçün çox anormal bir vəziyyət olduğunu söyləyib. Hesabata görə, Hotan və Kaşğar, uyğurların sayının azalmasının daha aydın hiss olunduğu bölgələr kimi təsvir edilib.

ƏHALİNİN AZALMASININ SƏBƏBİ SİYASİ TƏZYİQDİR

Mayami Universitetindən professor Stenli Taps, verdiyi müsahibədə, Şərqi Türküstandakı valideynlərdən birinin və ya hər ikisinin düşərgələrdə və siyasi təzyiqlər səbəbiylə övlad sahibi ola bilmədiklərini söyləyib.

Taps, əhali artımının qarşısını alan digər bir faktorun, Uyğur gənclərini işlətmək üçün Çinə göndərilmələri və bu durumun  gənclərin evlənmək və uşaq sahibi olmaq şanslarını azaltdığını deyib.

 

Mənbə: qha.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR