Slimfit
  1. MARAQLI

Dünya quşların gözü ilə: quşların görməsi haqqında yeni biliklər

Dünya quşların gözü ilə: quşların görməsi haqqında yeni biliklər
Sakura

Dünya quşların gözü ilə: quşların görməsi haqqında yeni biliklər

Quşlarda insanlara nisbətən daha yüksək görmə qabiliyyətinə cavabdeh olan bir sıra mexanizm var - alimlər onları daha ətraflı araşdırmağa qərar verib.

Quşların gözlərinin əsas strukturu digər onurğalılarındakına bənzərdir, amma lələklilərdə daha yüksək görmə kəskinliyi var. Plasentar məməlilərin əksəriyyəti dikromatik olaraq qalıblar: onlarda spektrin uzun dalğalı hissəsinə, yəni qırmızı rəngə həssas konuslar yoxdur. Onlar hər şeyi daltoniklər kimi ultrabənövşəyi-yaşıl (gəmiricilər) və ya mavi-yaşıl (atlar, inəklər, pişiklər, itlər) rəngdə görürlər. Quşların rəngləri görməsinin əsasını isə təkcə əsas rənglərə deyil, ultrabənövşəyi rənglərə də həssas olan dörd növ fotoreseptorları (konus) təşkil edir. Bunun sayəsində quşlar bizim təsəvvürümüz üçün əlçatan olmayan rəngləri görə bilirlər. 

Lund Universitetinin alimləri bu qabiliyyətləri ətraflı öyrənməyə qərar verdilər. Onlar çoxspektrli kamera yaratdılar ki, onda linzanın üzərində quş gözlərinin rəng həssaslığına uyğun olan optik filtrlər yerləşir. Eyni yerin çəkilişləri həm adi, həm də eksperimental kameralar vasitəsilə aparılıb və aydın olub ki, ultrabənövşəyi aralıqda görmə qabiliyyəti quşlarda fərqli mənzərə yaradır: yarpaqların yuxarı tərəfləri onlara çox işıqlı görünəcək, aşağı olanlar isə əksinə qaranlıqdır. Beləliklə ultrabənövşəyi rəngə həssaslıq quşlara hər yarpağın ayrıca yerini və istiqamətini dəqiq görməyə imkan verir.

 

“İnsanın gördüyü tam yaşıl “kütlə” yüksək kontrast sayəsində quşlar üçün bir çox detallara bölünür. Heç kimin bu barədə indiyə qədər məlumatı olmayıb”, - elmi qrupun rəhbəri Dan-Erik Nilsson (Dan-Eric Nilsson) bildirib. 


Çəkiliş müxtəlif şəraitdə aparılmışdır: İsveçdən Avstraliyaya qədər sıx və seyrək meşələr arasında. Aydın oldu ki, açıq ərazilərdə yaşayan quşların daha çox kontrastlı görmə qabiliyyəti var: onların gözləri daha qısa ultrabənövşəyi dalğalara həssadır; həmçinin sıx meşəliklərə üstünlük verən quşar: onların görmə orqanları daha çox uzunluğu olan ultrabənövşəyi dalğaları daha yaxşı qəbul edirlər. 

Yarpaqları “üçölçülü formatda” görmək qabiliyyəti quşlara hərəkət etməyə və yarpaqlarla birləşən "görünməz" həşəratları tapmağa kömək edir. Amma bu “super gücün” mənfi tərəfi də var: ultrabənövşəyi rəngə həssas olan konuslar əsas rənglərə cavabdeh olan reseptorlardan çox yer tuturlar və bu da quşların xüsusilə gecə zamanı rəng çalarına olan ümumi həssaslığını azalda bilər. Quşların görməsi üzrə araşdırmalar davam edəcək. 

 

Mənbə: Nat-geo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR