Slimfit
  1. MƏDƏNİYYƏT

Dünya miqyasında məşhur olan Fikrət Əmirov

Dünya miqyasında məşhur olan Fikrət Əmirov
Sakura

Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə doğulub.

Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir.

Əmirov C.Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası ilə Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, musiqili komediya janrında da əsərlər yaradıb. F. Əmirovun gözəl baletləri də dinləyicilərin xüsusi rəğbətini qazanıb. Azərbaycan konsert janrının ilk nümunələri də F. Əmirovun adı ilə bağlıdır.

F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də göstərir.  O, həmçinin dram tamaşalarına, “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və digər filmlərə maraqlı musiqi bəsləyib.

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış F.Əmirov bir çox fəxri adlara və mükafatlara layiq görülüb. Dahi bəstəkar bu gün də sevilir, dərin hörmət və ehtiramla yad olunur. Onun musiqi tariximizə verdiyi töhfələr unudulmur. Adının əbədiləşdirilməsi üçün Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına, Bakı şəhərindəki küçələrdən birinə onun adı verilib. 

Bundan başqa,  hazırda ASCO-nun Dəniz Nəqliyyat Donanmasına məxsus gəmilərdən biri də Fikrət Əmirovun adını daşıyır. “Bəstəkar Fikrət Əmirov” adlı həmin gəminin uzunluğu 125, eni 16, hündürlüyü 13 metrdir.   ASCO-ya  məxsus iki RO-RO tipli gəmidən biridir.

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR