Slimfit
  1. SİYASƏT

Dünya liderləri İlham Əliyevi təbrik edir

Dünya liderləri İlham Əliyevi təbrik edir
Sakura

Dünya liderləri İlham Əliyevi təbrik edir

12:19

Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident!

Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

Cənab Prezident, Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram".

***

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluqla ən xoş arzularımı çatdırıram.

Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcəkdir.

Mən, həmçinin uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderin xatirəsinə dərin ehtiram bəsləyən, “Heydər Əliyev İli”ndə onun 100 illik yubileyini qeyd edən Azərbaycan xalqını təbrik edirəm.

Əminəm ki, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün Sizinlə işləməkdə davam edəcəyik.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, xahiş edirəm, dərin ehtiramımı və xoş arzularımı qəbul edin".

***

Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə inandığımı bildirirəm. Ümidvaram ki, Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq geniş regionumuzun inkişafına və sabitliyinə töhfə verərək, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəkdir.

Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcəkdir.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram".

***

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından Sizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

***

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram".

***

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

***

Macarıstanın Prezidenti Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident!

İcazə verin, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edim.

Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, şadam ki, Sizin bu ilin yanvar ayında ölkəmizə səfəriniz zamanı biz əlaqələrimizi genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişik.

Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında əməkdaşlığın daha dinamik inkişafına sadiq qalır. Sentyabrda keçiriləcək beşinci Budapeşt Demoqrafik Zirvə toplantısına dəvətimə verdiyiniz cavaba və Azərbaycanın görüşdə yüksək səviyyədə təmsil olunacağını təsdiqlədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".

***

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Cənab Prezident!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına İtaliya Respublikasının adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Rusiya-Ukrayna müharibəsi ilə xarakterizə olunan həssas bir dövrdə çoxsaylı görüşlərimiz zamanı da təsdiq etdiyimiz kimi, Bakı və Romanı birləşdirən möhkəm əlaqələrin davamlı olaraq güclənməsini qeyd etmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Xalqlarımızı birləşdirən həqiqi dostluğa əsaslanaraq, əminliklə bildirirəm ki, biz qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxölçülü strateji tərəfdaşlığımızı dərinləşdirmək üçün bundan sonra da bütün imkanlardan istifadə edə biləcəyik.

Bu kontekstdə İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişafına güclü dəstəyini davam etdirəcəkdir.

Cənab Prezident, Sizə səmimi dostluq ruhunda şəxsi rifah, dost Azərbaycan xalqına firavan gələcək arzularımı çatdırıram".

***

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident!

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırım. Macarıstan ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq nümunəvi xarakter daşıyır, həmçinin iqtisadi və siyasi əlaqələrimizin fasiləsiz inkişafı ilə dəstəklənir.

Mən şadam ki, bu ilin yanvarında biz ölkələrimiz arasında əlaqələri genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq.

Sizi əmin edə bilərəm ki, Macarıstan hökuməti Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də Türk dövlətlərinin əməkdaşlığı çərçivəsində çoxşaxəli əsasda əlaqələrin daha da inkişafı üçün səy göstərməyə sadiqdir. Əminəm ki, məhsuldar əməkdaşlığımız hər iki ölkənin vətəndaşlarının rifahına xidmət edəcək.

Sizə möhkəm cansağlığı və məsul vəzifənizdə yeni uğurlar arzu edirəm".

***

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi Moldova Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin dinamik inkişafı və fəal xarici siyasət yürüdülməsi yolunda qazandığı mühüm nailiyyətləri qeyd etmək istəyirəm.

Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa, anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan yaxşı münasibətləri yüksək qiymətləndirirəm. Eyni zamanda, Moldova-Azərbaycan münasibətlərinin mövcud potensialından ölkələrimizin ümumi mənafeyi naminə tam istifadəsinə töhfə vermək məqsədi daşıyan siyasi dialoqun konstruktiv xarakterini qeyd etmək istərdim.

Qəti əminəm ki, biz qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı birgə səylərlə intensivləşdirə və şaxələndirə biləcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Azərbaycan xalqına sülh, firavanlıq və əmin-amanlıq arzulayıram.

Zati-aliləri, “Avropa siyasi birliyi”nin ikinci Zirvə toplantısında iştirak üçün Moldova Respublikasına səfəriniz ərəfəsində ən yüksək ehtiramımı qəbul edin", - təbrikdə qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR