Slimfit
  1. AZƏRBAYCAN

Dünya İqtisadi Forumu: Azərbaycan əhalinin elektrik enerjisi ilə təminatına görə dünyada 1-cidir

Dünya İqtisadi Forumu: Azərbaycan əhalinin elektrik enerjisi ilə təminatına görə dünyada 1-cidir
Sakura

Dünya İqtisadi Forumu: Azərbaycan əhalinin elektrik enerjisi ilə təminatına görə dünyada 1-cidir

Azərbaycanda əhalinin elektrik enerjisi ilə təminat səviyyəsi 100%-dir. 

Report” xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik İndeksi 2018” hesabatında bildirilir. 

Sənədə əsasən, Azərbaycan elektrikləşdirmə indeksi üzrə müəyyən edilmiş maksimum 100 baldan hamısını toplayaraq 140 ölkə arasında 1-ci yerə çıxıb.

“Qlobal Rəqabətlilik İndeksi 2018”də Azərbaycan digər sahələr və yarımsahələr üzrə də öncül yeri tutub. Hesabatın institutlaşma bölməsi üzrə göstərilib ki, hazırda Azərbaycan “hökumətin tənzimləmə yükünə görə” 140 ölkə arasında 12-ci yerdədir. İnfrastruktur bölməsi üzrə Azərbaycan “Hava nəqliyyatının effektivliyi” üzrə də 12-ci yerdə qərarlaşıb. Amma eyni kateqoriyada “Dəmiryolu nəqliyyatının effektivliyi” üzrə isə rəsmi Bakı 17-ci yerdə qərarlaşıb.

Bundan əlavə əmək bazarı indeksi üzrə işəgötürmə və işdən çıxarma kontekstində Azərbaycan 12-ci yerdə qərarlaşıb. Azərbaycan həmin indeks üzrə “ödəniş və məhsuldarlıq” kateqoriyasında 15-ci yerdədir.

Hesabatda “Biznesin dinamikliyi” indeksi üzrə də Azərbaycan əhəmiyyətli yeri tutub. Belə ki, adıçəkilən indeksin “biznesə başlama vaxtı” və “iflasın (ödəmə qabiliyyəti) idarə edilmə çərçivəsi” kateqoriyalarında 17-ci pillədə qərarlaşıb.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR