Dərc edildi: Baxış sayı: 469
Dünya erməniləri bu gün Qarabağ üçün ianə toplamağa başlayır
Bu gün axşam Yerevanda “Hayastan” ümumerməni fondunun 12 saatlıq telemarafonu başlayacaq.
Modern.az xəbər verir ki, marafon Dağlıq Qarabağın, Ermənistanın Lori, Tavuş və Şirak bölgələrinin içməli su ilə təmin olunması və günəş energetikasının inkişafı üçün keçirilir.
Telemarafonun ilk 4 saatı Yerevanda, qalan 8 saatı isə Los-Ancelesdən yayımlanacaq. Toplanan ianələrin çox olması üçün Avropa və Cənubi Amerika ermənilərinin də telemarafona dəstək verəcəyi vurğulanıb.
“Hayastan” fondu 1992-ci ildə yaradılıb. Fond fəaliyyətə başladığı gündən Ermənistan və Dağlıq Qarabağ bölgəsi üçün 300 milyon dollardan artıq ianə toplayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət