Dərc edildi: Baxış sayı: 532
Dünya Bankı Afrika ölkələrinə 53 milyard dollar qrant ayıracaq
Dünya Bankı Afrikanın "son dərəcə kasıb" ölkələrinin inkişafı üçün 53 milyard dollar qrant ayıracaq.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, vəsait Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə, gələn ilin iyun ayından başlayaraq 3 il müddətində veriləcək və qitədə yaşayan insanların ehtiyaclarını qarşılamaq, iqtisadi artıma dəstək vermək, təbii fəlakətlər və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədi ilə istifadə ediləcək. Bununla yanaşı, qrantdan Afrikadakı daxili münaqişələrə son qoyulması üçün də istifadə olunacağı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət