Slimfit
  1. DÜNYA

Duda vaxtında Ukraynanı NATO-ya qəbul etmək istəmədiyinə görə Qərbi tənqid edib

Duda vaxtında Ukraynanı NATO-ya qəbul etmək istəmədiyinə görə Qərbi tənqid edib
Sakura

Duda vaxtında Ukraynanı NATO-ya qəbul etmək istəmədiyinə görə Qərbi tənqid edib

"Ukrayna tam miqyaslı işğalın ilk günlərində olduğu kimi tərəfdaşlardan güclü dəstəyə ehtiyac duyur".

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, Polşa prezidenti Anjey Duda Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ikinci ildönümü ilə bağlı açıqlamasında belə deyib.

“Polşa əvvəldən Ukraynanın mübarizəsini dəstəkləyib. Mən müharibənin ilk saatlarından ürəklərini və evlərini müharibə faciəsindən qaçan qonşularımıza açan milyonlarla polyakın münasibətini əsl qürur hissi ilə xatırlayıram. Polşa Ukrayna ordusuna Rusiyanın hücumunu dayandırmağa kömək etmək üçün öz silahlarını verdi. 300-dən çox tank, haubitsa, zirehli transportyor və nəhayət, bizim təyyarələrimiz. Ən çox lazım olanda, hamının belə dəstəyi vermək istəmədiyi vaxt biz bunu etdik”, - deyə Duda qeyd edib.

Polşa lideri vurğulayıb ki, polyaklar işğalçıya qarşı mübarizədə Ukraynanı “dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək”: “Bu gün də bu dəstəyə təcili ehtiyac var. Müharibədən yorulsa da. Azad dünya Putin və Rusiyanın qalib gəlməsinə imkan verə bilməz. Bu baş verərsə, gec-tez bizi yeni müharibə gözləyir”, - deyə o bildirib.

Duda həmçinin Qərbi 2008-ci ildə “Rusiyanı qıcıqlandırmamaq üçün” Ukrayna və Gürcüstanı NATO-ya qəbul etmək istəmədiyinə görə qınayıb. O vurğulayıb ki, Ukrayna artıq müdafiə alyansının üzvü olsaydı, indiki müharibə baş verməzdi: “Bəzi NATO üzvləri üçün bu, onların vicdanlarına qarşı böyük qınaq olmalıdır”, - deyə Duda qeyd edib.

Ukrayna mətbuatı yazır ki, prezident Vladimir Zelenski rus qoşunları tərəfindən məhv edilən Ukrayna təyyarələri fonunda Qostomeldən videomüraciət yazıb. Prezident xalqa müraciətində vurğuladı ki, məhz Qostomelin işğal etməklə Kreml “Üç gün ərzində Kiyev və Ukraynanı ələ keçirmək” planını həyata keçirməyə ümid edirdi.

Mətbuat bir sıra dünya liderlərinin müharibənin ikinci ildönümü ilə bağlı bəyanatlar verdiklərini də xəbər verib. Xüsusən də Almaniya, Kanada, İspaniya və digər ölkələrin rəhbərləri bununla bağlı çıxış ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR