Slimfit
  1. CƏMİYYƏT

Dubayda qalan azərbaycanlılar Vətənə qayıdır

Dubayda qalan azərbaycanlılar Vətənə qayıdır
Sakura

Dubayda qalan azərbaycanlılar Vətənə qayıdır

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdacağı gözlənilir.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, martın 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib.

Əldə olunan məlumata görə, həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.

Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduğumuz müddətdə dövlətimizi maddi və mənəvi olaraq yanımızda hiss etdik. Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR