Slimfit
  1. DÜNYA

Dubay polisində virtual məhkəmə zalı açılıb

Dubay polisində virtual məhkəmə zalı açılıb
Sakura

Dubay polisində virtual məhkəmə zalı açılıb

Xırda maliyyə cinayətləri barəsində işlər üzrə şübhəli bilinənlər vaxta qənaət etmək üçün məhkəmədə videokonfrans formatında iştirak edə bilərlər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bunu Dubay polisinin cinayət araşdırmaları departamentinin direktoru Camal Səlim Al-Cəllaf bildirib. O deyib ki, yeni elektron sistemin mühakimə prosesinə tətbiqi məhkəmə proseslərinin gedişini sürətləndirəcək. Cəllafın sözlərinə görə, polis öz fəaliyyətində ən müasir elmi-intellektual platformalardan istifadə edir.

Bildirilir ki, virtual məhkəmə zalı Dubay polisinin axtarış şöbəsində açılıb. Bu format ödənilməmiş çeklər və s. kimi xırda maliyyə cinayətləri törətmiş şəxslər üçün məhkəmə istintaqını sürətləndirməyə xidmət edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR