Slimfit
  1. CƏMİYYƏT

DTX-nın həbs etdiyi rəisin icra başçısı işləmiş müavini də işdən çıxarıldı

DTX-nın həbs etdiyi rəisin icra başçısı işləmiş müavini də işdən çıxarıldı
Sakura

DTX-nın həbs etdiyi rəisin icra başçısı işləmiş müavini də işdən çıxarıldı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin birinci müavini vəzifəsindən azad olunub . 

Ens.az MediaPost-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə, Zöhrab Pirimov vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Zöhrab Ziyəddin oğlu Pirımov 2004-2007-ci illərdə Qusar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

Xatırladaq ki, Zöhrab Pirimov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılaraq həbs edilən MİQİBDX-nin sabiq rəisi Zakir Sultanov ən yaxın adamı sayılırdı.

Xidmətin sözçüsü Fariz Hüsynli “MediaPost”a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Zöhrab Pirimov bir müddət öncə yaş həddi ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifədən azad edildiyini bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR