Dərc edildi: Baxış sayı: 370
DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq
Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin “facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət