Slimfit
  1. AZƏRBAYCAN

DSX-nin rəisi SQKŞ-nin 80-ci iclasında iştirak edib

DSX-nin rəisi SQKŞ-nin 80-ci iclasında iştirak edib
Sakura

DSX-nin rəisi SQKŞ-nin 80-ci iclasında iştirak edib

Cari ilin noyabr ayının 14-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstan Respublikasının Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 80-ci iclasında müşahidəçi qismində iştirak edib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan, Ermənistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əla-qələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri iştirak ediblər.

İclas zamanı MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət, onun inkişaf tendensiyaları və sərhəd təhlükəsizliyinin təmin edilməsi barədə fikir mübadiləsi aparılmış, sərhədlərdə baş verən böhran hallarının tənzimlənməsi üzrə birgə təlimlərin təşkil olunması, Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı SQKŞ-nin Tədbirlər Planının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin aparılması, 2018-ci ildə SQKŞ-nin fəaliyyətinin nəticələri və 2019-cu il üçün tapşırıqları, növbəti iclasın gündəliyi və digər məsələlər müzakirə olunub.

İclasdan sonra Rusiya, Belarus, Türkmənistan, Tacikistan Sərhəd Xidmətlərinin rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı əlaqələrin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid-məti və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı faydalı inkişafı məsələləri müzakirə olunub, görüşün yekunlarına dair ikitərəfli protokol imzalanıb.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR