Slimfit
  1. CƏMİYYƏT

DSX-dan "Vətəndaş A"nın dronu ilə bağlı AÇIQLAMA

DSX-dan "Vətəndaş A"nın dronu ilə bağlı AÇIQLAMA
Sakura

DSX-dan "Vətəndaş A"nın dronu ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İctimai TV-də yayımlanan "Vətəndaş A" serialının rejissoru açıqlamasında Daşkəsən rayonunda aparılan çəkilişlər zamanı istifadə etdikləri dronun Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən vurulduğunu deyib.

Ens.Az-ın məlumatına əsasən,məsələnin əslini öyrənmək üçün Qafqazinfo Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanlayıb. Xidmətin Mətbuat Mərkəzindən cavab olaraq bildirildi ki, "Vətəndaş A" serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.

 

Xatırladaq ki, rejissor Elvin Rüstəmzadə dronun havaya qaldırılması üçün icazə alınmadığı səbəbindən vurulduğunu deyib. Serialın prodüseri Sevinc Əliyeva isə dünənki açıqlamasında çəkilişlər zamanı heç bir dronun Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR