Slimfit
  1. İQTİSADİYYAT

DSMF-nin gəlirləri və xərcləri artıb

DSMF-nin gəlirləri və xərcləri artıb
Sakura

DSMF-nin gəlirləri və xərcləri artıb

2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6 milyard 675,2 milyon manat, xərcləri isə 6 milyard 80,6 milyon manat təşkil edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,5 % və 15,8 % çoxdur.

Ötən il DSMF-nin gəlirlərinin əsas hissəsini - 77,9 %-ni və yaxud 5 milyard 197,7 milyon manatını məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmaları xərclərinin isə əsas hissəsini - 94,2 %-ni və yaxud 5 milyard 725,3 milyon manatı pensiya xərcləri təşkil edib. Bunlar isə əvvəlki il nisbətən müvafiq olaraq 13,3 % və 15,8% çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR