Slimfit
  1. DÜNYA

"Dronlarla terror hücumları gözlənilir” - Rus generaldan şok xəbərdarlıq

"Dronlarla terror hücumları gözlənilir” - Rus generaldan şok xəbərdarlıq
Sakura

"Dronlarla terror hücumları gözlənilir” - Rus generaldan şok xəbərdarlıq

Hərbçilər hesab edir ki, dronlarla hücum nəinki Suriyaya, eyni zamanda istənilən başqa ölkəyə təhlükə kəsb edir. Pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi üzrə işlər mümkün risklərdən xəbər verir.

Pilotsuz uçuş aparatlarının köməyi ilə həyata keçirilən terror aktı təhlükəsi yaxın gələcəkdə nəinki Suriyada, eyni zamanda istənilən başqa ölkənin ərazisində arta bilər. Bu barədə Rusiya Silahlı Qüvvələri HHM qoşunlarının rəhbəri, general-leytenant Aleksandr Leonov “Krasnaya zvezda” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qanunsuz silahlı dəstələr pilotsuz uçuş aparatları və onların istifadə metodlarını təkmilləşdirirlər və buna görə də dinc dövrdə dronların əks-hücumunu təşkil etmək və onların aşkarlanması, məhv edilməsi metodlarını təkmilləşdirmək lazımdır.

Oktyabr ayının ortalarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov hərbi və mülki obyektlərə dron hücumlarının artdığını bildirib. Onun sözlərinə görə, terrorçuların istifadə etdiyi dronların uçuş xüsusiyyətləri yaxşılaşır və bu, “yaxın gələcəkdə” xüsusi xidmət orqanlarına problem yarada bilər. İdarə rəisinin birinci müavini Sergey Smirnov qeyd edib ki, ən böyük təhlükə pilotsuz təyyarədən zəhərli maddələrin səpilməsi və ya minalanmış dronların hücumlarından istifadə etməklə terror aktlarının təşkil edilməsidir.

Daha əvvəl Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Konaşenkov bildirib ki, hərbçilər Suriyadakı Hmeymim bazasına hücum edərkən istifadə edilən dronları daim inkişaf etdirirlər. Bu, ilk növbədə döyüş sursatlarının atılma, naviqasiya və nəzarət sistemlərinə aiddir.

Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 2019-cu ildə Rusiya ordusu Suriyada 53 dron və 27 raket sistemini vurub. Söhbət döyüşçülərin Rusiyaya məxsus obyektlərə hücum zamanı istifadə etmək istədiyi mərmilərdən gedir. Son iki ildə Hmeymimə hücum etməyə çalışan təxminən 120 dron məhv edilib. Bu barədə sentyabrın sonu Konaşenkov məlumat verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR