Slimfit
  1. DÜNYA

Dövrümüzün “Tarzan”ı

Dövrümüzün “Tarzan”ı
Sakura

Dövrümüzün “Tarzan”ı

Təxminən yarım əsr əvvəl müharibə nəticəsində vyetnamlı oğlan cəngəlliyə düşüb.

Lenta.ru-nun xəbərinə görə, 41 il meşədə yaşayan Xo Van Lanq heç vaxt başqa insanlarla görüşməyib, televizor və avtomobillər haqqında yalnız sonradan eşidib.

Belə ki, 1972-ci ildə ABŞ hərbi təyyarələri Vyetnamda onun yaşadığı kəndi bombalayıblar.

Atasından başqa bütün ailəsi gözünün qabağında ölən Lanqın o zaman iki yaşı olub.

Düşmənlərdən qorunmaq üçün onlar cəngəlliyin yaxınlığında düşərgədə gizlənməli olublar.

Ac qalmamaq üçün onlar meyvə, tərəvəz, bal və öldürə bildikləri istənilən heyvanı yeyiblər.

Lanq meymun, siçovul, ilan, kərtənkələ, qurbağa, yarasa və quşların ətini dadıb, amma ən çox balıq ətini bəyənib.

Sivilizasiyadan uzaq qalan Lanqın dünya barədə düşüncələri sadəcə atasının dedikləri ilə məhdudlaşıb.

Sonradan Lanqın sağ qala bilən qardaşı onları tapıb və kəndə gətirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR