Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilmiş…
DİM-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1087 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 555 nəfər imtahanı müvəffəqiyyətlə verib.
İmtahanda iştirak edənlərdən 369 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.
Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 54 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 22 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.
Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 264 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 74 nəfər müvəffəqiyyət əldə edib.İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 51 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 16 nəfər uğur əldə edib.
Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 667 nəfəri (45.8%) müvəffəqiyyət qazanıb.
Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 15 oktyabr və 5 noyabr tarixlərində elan olunmuş müsahibələr üzrə qeydiyyat davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət