Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Komitəsinin sədri: “Azərbaycan ailələrində tarixən söz sahibi ağsaqqal və ağbirçəklər olub”

Dövlət Komitəsinin sədri: “Azərbaycan ailələrində tarixən söz sahibi ağsaqqal və ağbirçəklər olub”
Sakura

Dövlət Komitəsinin sədri: “Azərbaycan ailələrində tarixən söz sahibi ağsaqqal və ağbirçəklər olub”

“Azərbaycan ailələrində tarixən söz sahibləri ağsaqqal və ağbirçəklər olub”.

Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda ailə mədəniyyəti güclənməlidir: “Ailələrdə hər zaman ağsaqqal və ağbirçəklər olub. Hətta tarixən Azərbaycanda elçilik zamanı belə söz sahibi kimi hörmətli ağsaqqal və ağbirçəklər aparılıb. Təbii ki, ailədə ananın da, atanın da sözü keçməlidir və keçir”.

Dövlət Komitəsinin sədri valideynləri uşaqları ilə maraqlanmağa səsləyib: “Valdiyenlər uşaqları ilə tez-tez maraqlanmalıdır. Bəzi hallarda uşaqlar valideynlərdən xəbərsiz saatlarla komputerin qarşısında otururlar, nə işlə məşğul olduğu barədə valideynləri heçnə soruşmur. Valideynlər övladlarının tərbiyələndirilməsi istiqamətində məsuliyyətli olmalıdırlar. Bu məsuliyyət, təkcə, təhsil müəssisələrinin öhdəsinə buraxılmamalıdır. Mən özüm də müəlliməm, auditoriyaya daxil olan zaman ilk olaraq uşaqların üzünə baxıram. Hansının psixoloji probleminin olub-olmamasını müəyyənləşdirmək istəyirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR