Dərc edildi: Baxış sayı: 623
Dövlət Komitəsi məscidlərdə monitorinqlərə başlayıb
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlayıb".
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Sədr bildirib ki, ölkədə dini konfensiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir: "Qəbul edilmiş qaydalara bütün ibadət yerlərində əməl edilir. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət