Slimfit
  1. SİYASƏT

Dövlət Komitəsi ilə Koreya Statistika Komitəsi arasında Anlaşma Memorandumu təsdiqlənib

Dövlət Komitəsi ilə Koreya Statistika Komitəsi arasında Anlaşma Memorandumu təsdiqlənib
Sakura

Dövlət Komitəsi ilə Koreya Statistika Komitəsi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, 2019-cu il dekabrın 11-də Bakı şəhərində Azərbaycan Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR