Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə dil qaydalarını pozanları cərimələmək hüququ verilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə dil qaydalarını pozanları cərimələmək hüququ verilib
Sakura

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə dil qaydalarını pozanları cərimələmək hüququ verilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin Əsasnaməsi təsdiq edilib.

Bu barədə ONA-ya Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin publik hüquqi şəxsin Əsasnaməsində ədəbi dil qaydalarını pozanalara qarşı  inzibati tədbirlərin görülməsi tapşırılıb: “Əsasnamədə cərimlələrlə bağlı müddəalar var”.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” qərar verib.

Qərara əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilib.

Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməkhaqqı fondu 10 min 80 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanına əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaratmaq, Monitorinq Mərkəzinin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iki ay müddətində təsdiq etmək tapşırılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR