Slimfit
  1. CƏMİYYƏT

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Google”, “Facebook” və digər sosial şəbəkələrə öz təkliflərini verəcək

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi  “Google”, “Facebook” və digər sosial şəbəkələrə öz təkliflərini verəcək
Sakura

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Google”, “Facebook” və digər sosial şəbəkələrə öz…

“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün sosial şəbəkələrdə Azərbaycan dilinin norma və qaydalarına riayət olunması üçün öz təkliflərini verəcək”.

Bunu “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində, internet resurslarında, reklam daşıyıcılarında, dərsliklərdə və elmi-tədqiqat əsərlərində Azərbaycan dilinin maraqlarının qorunmasını təmin edəcək:

“Bununla da Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bütün internet mediasında Azərbaycan dilinin və dövlətçiliyimizin maraqlarına, milli mənafeyimizə, dilimizin xüsusiyyətlərinə uyğun olaraq onun qorunması və inkişaf etdirilməsi üçün iş aparacaq. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi harada olmasından asılı olmayaraq dilimizin reallıqlarının qorunmasında öz xidmətlərini göstərəcək. Mərkəz bu xidməti “Google”, “Facebook” və digər bütün sosial şəbəkələrdə də göstərəcək. Sosial şəbəkələrə təkliflər veriləcək. Eyni zamanda müxtəlif mexanizmlər vasitəsilə həmin internet resurslarında Azərbaycan dilinin qorunması istiqamətində iş aparılacaq və bütün lazımi tədbirlər həyata keçiriləcək. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin sosial şəbəkələrdə Azərbaycan dilinin qorunması üçün həyata keçirəcəyi xidmətlərin ödənişli və ya ödənişsiz olacağı barədə məlumatım yoxdur”.

Akademik Monitorinq Mərkəzinin bu ilin sonuna qədər fəaliyyətə başlayacağını düşündüyünü bildirib: “Düşünürəm ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi payız aylarında fəaliyyətə başlayacaq. Amma dəqiq tarixini bilmədiyim üçün deyə bilmərəm”.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR