Slimfit
  1. İQTİSADİYYAT

Dövlət Baytarlıq Xidmətinin əməkdaşları sərhədyanı görüşdə iştirak ediblər

Dövlət Baytarlıq Xidmətinin əməkdaşları sərhədyanı görüşdə iştirak ediblər
Sakura

Dövlət Baytarlıq Xidmətinin əməkdaşları sərhədyanı görüşdə iştirak ediblər

Gürcüstanın Kvareli şəhərində Bioloji Təhlükənin Azaldılması (BTA) layihəsi çərçivəsində sərhədyanı ölkələrin baytarlıq və səhiyyə mütəxəssislərinin görüşü keçirilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən “Report”a verilən məlumata görə, ildə iki dəfə təşkil olunan bu görüşlərdə regionun iki ölkəsinin- Azərbaycanın və Gürcüstanın Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin əməkdaşları iştirak edirlər. Bu il keçirilən görüşə ilk dəfə Özbəkistan, Qazaxıstan və Türkiyədən də nümayəndələr dəvət olunub.

Tədbirdə Azərbaycanı Dövlət Baytarlıq Xidmətinin əməkdaşları - Epizootoloji tədbirlərin planlaşdırılması və monitorinqi sektorunun müdiri vəzifəsini icra edən N.Səfi və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının rəis müavini K.Əsədov, Qax Rayon Baytarlıq İdarəsinin rəisi Ş.Babayev, Zaqatala Rayon Baytarlıq İdarəsinin rəisi C.Aslanov, Aqrar Kredit və İnkişaf Agentliyinin baytar mütəxəssisi, koordinatoru M.Xatibi, Səhiyyə Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təmsil ediblər.

Qeyd edək ki, sərhədyanı ölkələrin bu kimi görüşlərində baytar həkimlər və səhiyyə işçiləri üçün aktual mövzular - heyvan və quşların xüsusi təhlükəli xəstəlikləri, peyvəndləmə kompaniyaları, xəstəliklər üzrə məlumat mübadiləsi, aktiv və passiv nəzarət problemləri, hesabatların formaları, hər iki ölkədə epidemioloji vəziyyət, xəstəliklər barədə vaxtında xəbərdarlıq edilməsi, konfranslarda və layihələrdə birgə iştirak etmək, fikir və praktiki təcrübə mübadiləsinin aparılması və s. məsələlər müzakirə edilir.

Keçirilən görüşdə “Bruselyoz xəstəliyi ilə mübarizədə laboratoriya şəbəkəsinin problemləri, peyvəndləmə və nəzarət strategiyalarının aspektləri” mövzusunda, həmçinin “Regionda epidemioloji vəziyyət, zoonoz xəstəlikləri və yoluxucu xəstəliklərin elektron müşahidə sisteminin işlənməsi, sistemin yeni versiyasının hazırlanması, Özbəkistan və Qazaxıstanda bu sistemin tətbiqi” barəsində müzakirələr aparılıb.

Azərbaycan nümayəndələri ölkənin epizootoloji vəziyyətinə, xəstəliklərin passiv müşahidəsinə, bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlərə dair təqdimatlarla çıxış ediblər. Eləcə də tədbir iştirakçıları ölkələrində epizootoloji və epidemioloji vəziyyət, transsərhəd əməkdaşlığın problemləri və perspektivləri, aktual zoonozlar və s. ilə bağlı məlumat veriblər.

Həmçinin, görüş çərçivəsində Azərbaycan və Türkiyə mütəxəssisləri arasında gələcək əməkdaşlıq barəsində səmərəli danışıq aparılıb və ikitərəfli görüş barədə razılıq əldə olunub. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR