Slimfit
  1. AZƏRBAYCAN

Dövlət Baytarlıq Xidmətində heyvan xəstəlikləri ilə bağlı risklərin aradan qaldırılması ilə bağlı tədbir keçirilib

Dövlət Baytarlıq Xidmətində heyvan xəstəlikləri ilə bağlı risklərin aradan qaldırılması ilə bağlı tədbir keçirilib
Sakura

Dövlət Baytarlıq Xidmətində heyvan xəstəlikləri ilə bağlı risklərin aradan qaldırılması ilə bağlı tədbir…

 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) heyvan xəstəlikləri ilə bağlı risklərin müəyyən edilməsi, heyvanlar arasında xəstəliklərin baş verməsi, qiymətləndirilməsi və aradan qaldırılması yollarına dair tədbir keçirilib.

Bu barədə “Report”a DBX-dən bildirilib.

Məlumata görə, tədbirdə xidmət rəisi Bayandur Rzayev hazırda ölkəmizdə iti yoluxucu xəstəliklərə görə peyvəndləmə tədbirlərinə start verildiyini və epizootik sabitliyin qorunub saxlanıldığını bildirib. Ancaq həmişə heyvan xəstəliklərinə görə müəyyən risklərin mövcud olmasının və onların aradan qaldırılması üçün mütəmadi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Tədbirdə risklərin aradan qaldırılması, heyvanlar arasında müəyyən xəstəliklərin baş verməsi, xəstəliklərin aradan qaldırılması üçün təkliflər və çıxış yollarının hazırlanması məqsədi ilə qruplar yaradılıb.

Həmçinin tədbirdə geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin qorunub saxlanılması sahəsində görüləcək işlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR