Slimfit
  1. TÜRKİYƏ

Dövlət Bağçalı: "Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq"

Dövlət Bağçalı: "Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq"
Sakura

Dövlət Bağçalı: "Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq"

Bələdiyyə seçkiləri millətimizə və dövlətimizə xeyirli olacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bələdiyyə seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

D.Bağçalı bütün siyasi partiya və namizədlərə seçkilərdə uğurlar arzulayıb: "Daha gözəl günlər olacaq. Əvvəlcədən xalqımıza təşəkkür edirəm”.

MHP sədri Ankara Anıttəpə orta məktəbində səs verib. D.Bağçalı məntəqəyə qolu sarğılı halda gəlib. Onun bir qədər əvvəl çiyin burxulması nəticəsində qolundan zədə aldığı deyilir.

Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

AK Parti, Milliyyətçi Hərəkat (MHP), Böyük Birlik və Yenidən Rifah partiyalarından ibarət Cumhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırki bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR