Dostməmməd - Yandırar
Fesli bahar olub göyərse düzlər
Bülbül nalə çəksə gülü yandırar.
Qara göz sərdann yanında qızlar
Sallanıb gedəndə yolu yandırar.
Getsə yolu yartdırar
Çıxsa çölü yandırar
Qaş qaxıb yumşaq sözler
Dodaq-dili yandırar.
Öpsəm yann dodağından, dilindən,
Qtıcaqlasam nazik, incə belindən,
Kasa içsem sevər yann əlindən,
Məni ağ üzühün xalı yandırar.
Mənim gözüm xalında
İxtiyanm əlində
Candan ümid üzmüşəm
Baş qoyub mən yolunda.
Sərim qurban gözəllərin məstinə,
Göz tikibdir can almanın qəsdinə,
Gözünə düşgən canım çıxsa dəstinə,
Səkkiz hörük saçı dalı yandırar.
Saçı sana sevdiyim
Əldə xına sevdiyim
Gel ikimiz qoşalı
Cani-cana sevdiyim.
Aşiqin əlindən zikr edər daim
Asmana çıxıbdır mənim bu ahım.
Özgə qula nəsib etdi Xudayım
Mənim eşqim pünhan çölü yandırar.
Çıxma çölə dilberim,
Bənzər gülə dilbərim.
Haq səni nəsib etmiş
Özgə qula dilbərim.
Dostməmməd olunca yolunda bəndə
Hər kəsin armanı qalıbdır səndə.
Sənin gözün məndə, mənimki səndə
Nazik kəmər ince beli yandırar.
İncə belli zibasan
Nə xoş gəldin suya sən
Aşiqin öldünnəyə
Neçin rəva qıla sen?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət