“DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xidmətlər də təqdim olunacaq
Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş iş planı əsasında işlər davam etdirilir.
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
İş planında əksini tapan tədbirlər sırasında yaradılmaqda olan “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində övladlığagötürmə sahəsində xidmətlərin təqdim olunması da yer alıb. Həmin xidmətlərin göstərilməsi üçün mərkəzlərdə sosial işçilər fəaliyyət göstərəcək.
Övladlığagötürmə ilə bağlı xidmətlərin DOST xidmətləri müstəvisində təqdim olunması bu xidmətlərin tam şəffaf və operativ təşkilinə imkan verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət