Dərc edildi: Baxış sayı: 1166
'Dost İş Mərkəzi'nin direktoru dəyişib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC-nin direktoru dəyişib.
"Report" xəbər verir ki, indiyə qədər şirkətə rəhbərlik edən Niyazi Rəhimovu onun müavini Firudin Cəbrayılov əvəz edib.
Xatırladaq ki, "Dost İş Mərkəzi" ötən il dekabrın 26-da yaradılıb. Şirkət adı çəkilən nazirliklə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət