Dərc edildi: Baxış sayı: 610
:0
Dopinqlə bağlı qanunvericilik dəyişir - Hökumətə təkliflər veriləcək
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Məcəlləsi və bir sıra beynəlxalq standartlara yenidən baxılması ilə əlaqədar qanunvericiliyə edəcəyi əlavə və dəyişikliklər paketini 2020-ci ilin ilk yarısında hazırlayıb hökumətə təqdim edəcək.
Bunu Azvision.az -a açıqlamasında AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib. Onun sözlərinə görə, gələn il yeni Məcəllədən irəli gələrək "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun və AMADA-nın antidopinq qaydalarından savayı, Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına da əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
“Ümumdünya Antidopinq Məcəlləsi 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək. Ona görə bir il vaxt verilir ki, ölkələr öz sənədlərini yeni Məcəlləyə uyğunlaşdırsınlar”.
“Ümumdünya Antidopinq Məcəlləsi 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək. Ona görə bir il vaxt verilir ki, ölkələr öz sənədlərini yeni Məcəlləyə uyğunlaşdırsınlar”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət